"Yavaş-yavaş Xankəndiyə yaxınlaşırıq" - Deputat



 

"Azərbaycan Ordusunun “Qisas” əməliyyatını dəstəkləyir və şanlı ordumuza uğurlar arzulayıram. Qarabağda silahlı erməni ünsürlərinin çıxarılması və tərksilah olunması üçün birliyimiz vacibdir".

"SeherXeber.org" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, Qarabağ məsələsində iqtidar-müxalifət, ac-tox, yaxşı məmur-pis məmur, yaxşı oğlan-pis oğlan, razı-narazı məsələləri olmamalıdır:

"Bu məsələlər başqa müstəvilərdə müzakirənin mövzusudur. Elə başqa müstəvilərdə də müzakirə edilir, dartışılır, tənqid edilir. Qarabağ məsələsində isə hamımızın bir amalı var: Qarabağ Azərbaycandır! Azərbaycan ərazisində meydan sulayan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması, o cümlədən separatçı silahlı erməni birləşmələrinin tərksilah olunması normallaşma prosesi üçün əsas şərtlərdən birdir. Onun üçün də ordumuza və Prezidentə dəstək olaq ki, onlar bu işi uğurla başa çatdırsınlar. Yavaş-yavaş olsa da Xankəndiyə yaxınlaşırıq, separatçı qüvvələrin ayaqları altından isə torpaq qaçır".