Son bir ayda Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlandı 



 

Son bir ayda Azərbaycanda 89 yol-nəqliyyat hadisəsi baş verib.

"SeherXeber.org"-ın DİN-dən əldə etdiyi məlumata görə, iyulun 1-dən avqustun 2-dək respublikanın avtomobil yollarında qeydə alınan yol qəzaları nəticəsində 100 nəfər ölüb.

Xəsarət alanların sayı isə 77-dir.