Xaçmazda azyaşlını cərəyan vurub - öldürdü



 

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

“SeherXeber.org"  report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2007-ci il təvəllüdlü Xəlilov Seyidəli Elnur oğlunu həmin ərazidə pivə soyuducusundan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.