Dmitri Nazarov ilk tur oyununu buraxmalı olub
Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov qrip xəstəliyinə yoluxub.
"SeherXeber.org" xəbər verir ki, 32 yaşlı hücumçu bu səbəbdən səfərdə "Frayburq 2"yə qarşı keçirdikləri III Bundesliqanın I tur oyununu buraxmalı olub.
Aue təmsilçisi hazırda davam edən matçın ilk hissəsində 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsgebirge"nin formasını geyinir.