Mahir Emreli "Şkupi" ilə cavab oyununda da iştirak etməyəcək



 

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli Şimali Makedoniyada "Şkupi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

SeherXeber.org "Report"a istinadla xəbər verir ki, buna 25 yaşlı hücumçunun əzələ zədəsini yenicə sağaltması səbəb olub.

Bərpa prosesini keçən forvard iyulun 25-dən meydanda məşqlərə başlayacaq.

Qeyd edək ki, iyulun 26-da oynanılacaq "Şkupi" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Zaqrebdəki ilk matçda qalib müəyyənləşməyib - 2:2. Emreli zədə ucbatından bu görüşdə də iştirak etməyib.

Hücumçu çempionatın I turunda "Lokomotiv"ə 3:2, II turda "Slaven Belupo"ya 5:1 hesabı ilə qalib gəldikləri oyunları da buraxmalı olub.