Bakı-Qazax magistralında ağır QƏZA



 

Bakı Qazax avtomagistralında maşın aşıb. 

"SeherXeber.org" Bizim.Media-ya istinadən bildirir ki, hadisə respublika əhəmiyyətli avtomagistralın Goran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. 

İdarəetmədən çıxan minik maşınının aşması nəticəsində Qazax sakini - 1964-cü il təvəllüdlü Kəmalə Qarçiyeva və onun 1990-cı il təvəllüdlü oğlu Nazim Nəbiyev yaralanaraq xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.