Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışlayıb



 

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

"Report"un məlumatına görə, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.

Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar.

Tədbir Yallı rəqsi ilə yekunlaşıb.