Yerə asteroid yaxınlaşır



 

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) 2022 JE1 asteroidinin iyulun 3-də Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

SeherXeber.org -ın məlumatına görə, NASA kosmik cismi Yer kürəsi üçün "potensial təhlükəli" adlandırıb.

Diametri 50-155 metr arasında dəyişən asteroid iyulun 3-də Yer kürəsinə 3,29 milyon kilometrə qədər yaxınlaşacaq ki, bu da Aya olan məsafədən 9 dəfə çoxdur. Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş il sonra, 2027-ci il iyulun 14-də baş tutacaq.

Qeyd edək ki, NASA kosmik cismi Yer kürəsinə 7,48 milyon kilometrdən az məsafəyədək yaxınlaşdığı üçün "potensial təhlükəli" asteroid hesab edir.