“İnter” “Ayaks”ın qapıçısını transfer etdi



 

İtalyanın "İnter" futbol klubu "Ayaks"ın qapıçısı Andre Onananı transfer edib.

SeherXeber.org "qafqazinfo"ya istinadən xəbər verir ki, kamerunlu qolkiperlə beşillik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib.

Qeyd edək ki, 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.