Lukaşenkodan üstüörtülü təhdid? - Belarus prezidentindən MDB ölkələrinə ittifaq çağırışı



 

Belarus prezidenti Aleksandr Lukaşenkoya görə, postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus-Rusiya İttifaqı dövlətinə yaxınlaşmalıdırlar.

SeherXeber.org musavat-a istinadən xəbər verir ki, bu barədə o, Belarus və Rusiya Regionlar Forumunun plenar iclasında nümayiş olunan videomüraciətində bildirib.

“Bu gün postsovet məkanı ölkələri, əlbəttə ki, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Biz əminik ki, yalnız birlikdə qlobal çağırışlara qarşı durmaq olar”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, “bununla bağlı hələ şübhəsi olanlar “təcili surətdə birləşmədikləri, dövlətlərarası əlaqələri gücləndirmədikləri və sadəcə olaraq normal insani münasibətlər qurmadıqları təqdirdə sabah mövcud olmayacaqlarının fərqində olmalıdırlar”.