Bakı Mühəndislik Universitetini kim “özəlləşdirib”?

 



 

 

 

Ölkənin təhsil sektorunda baş verənlər cəmiyyətin daim diqqət mərkəzindədir. Bu sırada SeherXeber.org gundelik.bakı-ya istinadla 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovun Bakı Mühəndislik Universitetinə ( keçmiş Qafqaz Universiteti ) rektor təyin olunmasından bəhs edir.

Xatırladaq ki, hələ sabiq təhsil naziri Misir Mərdanov öz çıxışında demişdi ki, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç universitetdə rüşvət olmayacağı ilə bağlı Qurana and içib. İndi təsəvvür edin ki, belə bir universitetə Havar Məmmədovu rektor təyin edirlər.

Bəli, vaxtilə Havar Məmmədov ATU-nun idman zalını it boğuşduranlara icarəyə verərək hər ay xeyli pul qazanırdı.

Amma Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin də şübhəsi yoxdur. Biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi. Əlbəttə, qardaş Türkiyənin istəyinə də anlayışla yanaşmalı idik. Bunlar hamısı normaldır. Lakin bir manat rüşvətin olmadığı universitetə 16 il Texniki Universiteti sanki rüşvət yuvasına, bazara çevirən Havar Məmmədovu rektor qoymaq çox dəhşətlidir. Bu, elə bil “bazarkom”u təlim-tərbiyə ocağına rəhbər qoymaq deməkdir.

Əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq lazım deyildi.

Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu. Lakin sonra necə oldusa, ayrıca universitetə  – Bakı Mühəndislik Universitetinə çevrildi, rektoru isə Havar Məmmədov oldu.

Artıq 4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.

Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı? O, 16  il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi.

Təsəvvür edirsiniz, rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara?! Bu adam Xocahəsəndəki dəmir beton zavodunu, yaxud 4 milyonluq villanı hansı pulla alıb?! Ya da Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını kim soruşacaq?!

P.S. Qarşi tərəfin də fikirlərini dərc etməyə hazırıq.

SeherXeber.org