Azərbaycanda pul bazası 2 milyard manata yaxın artıb



 

Azərbaycanda pul bazasının həcmi açıqlanıb.

SeherXeber.org ” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2022-ci il iyunun 30-na pul bazası 15 652,8 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 849,8 mln. manat və ya 13,4% çoxdur.

İyun ayı ərzində isə pul bazası 769,2 mln. manat və ya 5,2% artıb.