Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib



 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.

SeherXeber.org ” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

“Səfirə Azərbaycan və Çexiya arasında strateji əlaqələrinin daha da inkişafına yönəlmiş səylərində uğurlar arzulayıram”, - C.Bayramov qeyd edib.