Gürcü Arzusunda istefalar baş verib



 

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasında istefalar baş verib.

SeherXeber.org xəbər verir ki, Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze partiya sıralarını tərk ediblər.

Onlar parlamentdəki vəzifələrindən də istefa veriblər.

İstefalara səbəb parlament çoxluğunun bugünkü iclasında razılaşdırılmayan məsələ olub.

S.Subari, M.Kavelaşvili və D.Xundadze deputat mandatlarını saxlayırlar.

Qeyd edək ki, S.Subari parlamentin Regional siyasət, M.Kavelaşvili İdman və gənclər məsələləri, D.Xundadze isə Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri olub.(report)