Sahil Babayev: “Müharibə əlillərinə, qazi və şəhid ailələrinin heç birinə fərq qoyulmur”



 

Müharibə veteranlarına verilən müavinətlərin artırılmasına sosial ödənişlərə baxılması çərçivəsində baxıla bilər.

SeherXeber.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, müharibə əlillərinə, qazi və şəhid ailələrinin heç birisi arasında fərq qoyulmur. 

"Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında heç bir fərq qoyulmur. Qeyd edim ki, 103 min şəxsə 190 min xidmət göstərilib. Biz müharibə veteranlarını aktiv məşğulluq xidmətlərinə cəlb etmək istəyirik. Çünki onların əksəriyyəti gəncdir və sağlamlığı məhdud deyil. Qeyd edim ki, müharibə veteranlarına verilən müavinətlərin artırılmasına sosial ödənişlərə baxılması çərçivəsində baxıla bilər"-nazir qeyd edib.

Mürtəza
SeherXeber.org