Azərbaycanlı gənc savadı ilə gündəm oldu: təhsilini niyə dondurdu... - FOTO 



 

Azərbaycanlı gənc Ranal Qurbanov Türkiyədə tibb fakültəsinə qəbul olsa da, təhsilini dondurmalı olub.

SeherXeber.org  xəbər verir ki, buna səbəb onun oxumaq üçün maddi imkanının olmamasıdır.

Bakıda orta məktəbi bitirən R.Qurbanov 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə və bürünc medala layiq  görülüb. 2020-ci ildə  31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib olub. 2021-ci ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə I yerə layiq görülüb və qızıl medal qazanıb. “ Birincilərin birincisi” adını qazandığı  üçün Fəxri fərmanla təltif olunub. 

O, 2021-ci ildə FLEX təqaüd proqramında iştirak edib və ABŞ-da təhsilini davam etməyə dəvət alıb. 2021-ci  ilin may ayında SAT proqramı üzrə imtahan verərək, 1600 bal üzərindən 1530 bal yığıb. Arzusu həkim olmaqdır.

R. Qurbanov sosial şəbəkələrdə mürciət edərək təhsilinə davam etmək üçün imkanlı şəxslərdən yardım istəyib:

“22 Avropa ve Avrasia ölkəsindən 35 minə yaxın şagirdin rəqabət apardığı ABŞ Səfirliyi tərəfindən həyata keçirilen Gələcəyin Liderleri Mübadilə Proqramı (FLEX) qazanaraq 1 il ABŞ-da təhsil alma şansı qazandım.

ABŞ-da bütün dərsləri ingiliscə almışam və yüksək akademik nailiyyətlər qazanmağa davam edirəm. 

Türkiyənin Qazi, Gülhane, Acibadəm, Koç tibb universitetlərinden qəbul almışam.
Keçən ildən Qazi Universitetinin Tibb fakültəsinə qəbul olmuşam. Qeydiyyatdan keçsəm də, tehsilimi dondurmusam. Qazi Universiteti Azerbaycandan yalnız 2 nəfəri tibb fakültəsinə qəbul edir. Beynəlxalq olimpiadalarda olan nəticələrimi nəzərə alıb məni qəbul etdilər. Amma təəssüf ki, illik ödənişi qarşılmağa maddi imkanım olmadığı üçün təhsilimə başlaya bilmədim.

Valideynlerim təhsil xərclərimi ödəyə bilmədikləri üçün çox pis olurlar. Sizdən çox xahiş edirəm ki, təhsil almağım üçün mənə yardım edəsiniz. Maddi durumum ucbatından hədəflərimdən geri qalmaq istəmirəm”.

Yardım etmək istəyənlər üçün bank hesabı: Bank Respublika 4244 5115 0316 6898

Billurə Yunus

319084