Türkiyə və İran XİN rəhbərləri nəyi müzakirə ediblər? - TƏFƏRRÜAT



 

İran İslam Respublikasının xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün təfərrüatları məlum olub.

Bu barədə Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Türkiyəyə ilk səfər edən xarici işlər naziri Əmirabdullahianı qəbul etdim. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olundu. Ticarət əlaqələrimiz inkişaf edir, tezliklə Birgə İqtisadi Komissiya toplanacaq. Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik”, - Çavuşoğlu bildirib.

Nazirlər daha əvvəl birgə keçirdikləri mətbuat konfransında region ölkələrində baş verən prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu münasibətləri müzakirə etdiklərini vurğulayıblar.

318972