Paşinyanın qeyri-adi, “məzəli” davranışlarında psixi pozuntu izləri - VİDEO



 

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkənin erməni seqmentində növbəti dəfə məsxərəyə qoyulub.

SeherXeber.org xəbər verir ki, N.Paşinyanın müxtəlif rəsmi səfərlər və ziyafətlər zamanı qəribə hərəkətlərini əks etdirən videolar sosial şəbəkədə trendə çevrilib.

Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə iki gün əvvəl “Hayastan” fondunun Himayəçilər Şurasının iclasında özünü gülünc duruma salıb.

Belə ki, baş nazir iclasda idarə heyətinin stolunun üstündə qələm tapıb. O, uzun müddət qələmə tamaşa etdikdən sonra xoşuna gəldiyini anlayıb və ehtiyatla pencəyinin cibinə qoyub.

Paşinyanın dəfələrlə kameralara yaxalanan qəribə jest və mimikaları, qeyri-adi hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən onun psixi vəziyyətində pozuntular olması kimi təqdim olunub.