Rusiyaya da hərbi yardım ayrıldı



 

Belarus Rusiyaya böyük partiya silah-sursat yollayıb.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilir ki, Belarusdan Rusiyaya 20 vaqon sursat göndərilib.

Məlumatda qeyd olunub ki, Belarus rəhbərliyi öz ölkəsini Ukraynaya qarşı müharibəyə cəlb etməkdə davam edir.

“Belarus Respublikasının rəhbərliyi Rusiya Federasiyasına hərbi dəstək verməkdə davam edir. Bu məqsədlə 20-dək vaqondan ibarət hərbi sursat partiyası Belqorod vilayətinə göndərilib”, - məlumatda deyilir.

Mürtəza
SeherXeber.org