G7 sammitində bədən dili: liderlər bununla nə demək istəyiblər... (FOTOLAR)



 

Bavariya alplarında görüşən “yeddilik” liderləri Rusiya-Ukryana müharibəsi və dünyadakı qlobal böhran fonunda özlərini tamamilə fərli bir formada dünyaya, xüsusən də Rusiyaya nümayiş etdiriblər.

SeherXeber.org ” xəbər verir ki, bütün bunlar onların foto çəkiliş zamanı da öz əksini tapıb. Və bunu hər bir G7-yə üzv ölkənin lideri özünəməxsus formada dünyaya çatdırıblar.

Ölkə rəhbərlərinin görüşündə Britaniyanın Baş naziri Boris Conson, Kanadanın Baş naziri Castin Trüdo, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Yaponiyanın Baş naziri Fumio Kişida, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iştirak edir. Sammtin ilk gününda liderlərin Alp dağlarında çox maraqlı kadrlar çəkilib.

Qeyd eədk ki, sammit iştirakçıları təhlükəsizlik, enerji, iqlim dəyişikliyi ilə bağlı ənənəvi məsələlərlə yanaşı, həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzü, onun nəticələri və artan ərzaq böhranını müzakirə edəcəklər.

Mürtəza
SeherXeber.org