Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb



 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra tərəflər arasında görüş başlayıb.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.