Oğlum adam öldürməyib ki, istefa verim... - Avtoş əsgərin atası



 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 4 ay müddətinə həbs edilib.

SeherXeber.org  xəbər verir ki, məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov "Unikal"a açıqlama verib:

"Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, biraz gecikməsi olub, qurtardı getdi.

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Məgər, oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir", - deyə o bildirib.