Qız özünü binadan atdı



 

Bakıda qız özünü hündürmərtəbəli binadan atıb.

SeherXeber.org-ın məlumatına görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib. Burada 24 yaşlı Hacıyeva Alvina Elxan qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki evin mətbəx pəncərəsindən özünü ataraq intihar edib.

Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.