Xəyanətə görə dostunu öldürdü, arvadını isə bıçaqladı - Xəyanətə görə



 

Samuxda törədilən qətlin təfərrüatı məlum olub. 

SeherXeber.org xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar:

“Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib, arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb”.

Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.

Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.