“Bavariya” Mane ilə müqavilə imzalayacağını təsdiqləyib



 

Münhen klubu “Bavariya” “Liverpul”un forvardı Sadio Maneni transfer edəcək.

Bu barədə məlumatı “Bavariya”nın idman direktoru Həsən Salihamiciç təsdiqləyib.

“Bəli, Sadio “Bavariya”ya keçir”, - deyə Salihamiciç qeyd edib.

Alman klubu Mane ilə 3 illik müqavilə imzalaya bilər. “Liverpul”la danışıqlar son mərhələyə qədəm qoyur və “Bavariya” tezliklə seneqallı hücumçu üçün yeni transfer sorğusu təqdim edəcək.

Daha əvvəl Almaniya klubunun 30 yaşlı futbolçu üçün 35 milyon avro və üstəlik, forvardın  müəyyən sayda qolundan sonra bonus şəklində ödənilə biləcək 5 milyon avro təklif edəcəyi bildirilirdi.

Mane 2016-cı ildən "Liverpul"da çıxış edir və 41,2 milyon avroya "Sauthempton"a keçib. Onun ingilis klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.