NASA tərəfindən Marsa göndərilən kosmik gəmi planetdə həyat əlamətlərini axtararkən zibil tapıb.
SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən Marsa göndərilən “Perseverance” kosmik gəmisi planetin səthində insan istehsalı olan zibil aşkar edib.
2021-ci ildə Marsın səthinə enən komanda Marsın səthində eniş zamanı nəqliyyat vasitəsini həddindən artıq temperaturdan qorumaq üçün istifadə edilən termal örtük parçası tapıb.
Termal örtüyün nəqliyyat vasitəsinin düşdüyü ərazidən 2 kilometr aralıda tapılmasının təəccüblü olduğu bildirilib və küləyin təsiri ilə uçurulmuş ola biləcəyi ehtimal edilib.
Billurə