Paşinyandan mühüm Qarabağ AÇIQLAMASI: "Koçaryan və Sarqsyan bunu etiraf etmişdi"



 

"Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da "Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq" prinsipini rəhbər tutmayıblar".

SeherXeber.org "ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib.

O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna "vahid dövlət" əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib.

Baş nazirin sözlərinə görə, həmin sənəddə Qarabağ sakinlərinin pasportunda Azərbaycan vətəndaşlıqlarına dair xüsusi qeyd olacağı da öz əksini tapmışdı.