Qarabağ kartından sui istifadə edirsiniz - Erməni deputatdan müxalifə



 

“Ermənistanın parlament müxalifəti defolt vəziyyətindədir. Qırx gündən çox parlamentin işində iştirak etmədi”.

SeherXeber.org xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında  hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Konjoryan deyib.

Onun sözlərinə görə, müxalifət heç bir sahədə öz öhdəliklərini yerinə yetirə bilmir.

“Biz bu həftələrdə müxalifətin nə qədər acınacaqlı aqibətlə üzləşdiyini gördük. O, nə parlamentdə, nə onu seçmiş vətəndaşlar qarşısında, nə də parlament diplomatiyası platformasında üzərinə düşən vəzifələri yerinə yetirə bilir. Məlum oldu ki, küçədə də bacarmır”, - Konjoryan bildirib.

Müqavimət Hərəkatının başlatdığı etiraz aksiyalarından danışan deputat xüsusilə qeyd edib ki, müxalifət Qarabağ məsələsindən yalnız hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışıb.

“Mövcud müxalifət bir neçə onilliklərdir ki, Qarabağı girov saxlayır və bu mövzudan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışır”, - parlament fraksiyasının rəhbəri bildirib.

Onun fikrincə, müxalifətin uğursuzluğuna səbəb onun hərəkətlərinin sayının azlığı deyil, liderlərinin “siyasi əsassızlığı” olub.

Mürtəza
SeherXeber.org