Azarkeş Şahruddinə yaxınlaşdı, dərhal saxlanıldı



 

Bakıda Azərbaycan və Belarus milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra meydana azarkeş daxil olub.

SeherXeber.org bildirir ki, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istəyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin şəxsi meydançadan kənarlaşdırmaq istəsələr də, qolkiper buna mane olub və azarkeşin arzusunu həyata keçirib.

Qeyd edək ki, "Dalğa Arena"dakı qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.