"Ferrari"nin pilotu  "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixinə düşdü



 

"Ferrari"nin pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixinə düşüb.

SeherXeber.org "Report"a istinadla xəbər verir ki, 25 yaşlı sürücü Bakıdakı yarışda iki dəfə sıralama turunda qalib olan yeganə idmançıdır.

Lekler 2021-ci ildəki Qran-pridə də sıralama yürüşündə birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.