PSJ-ni İngiltərə nəhənginə dəyişir



 

"Çelsi" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

SeherXeber.org Offsideplus.az-a istinadən xəbər verir ki, "zadəganlar" komandadan ayrılan Antonio Rudigerin əvəzinə PSJ-nin müdafiəçisi Presnel Kimpembeni heyətinə qatacaq. 26 yaşlı oyunçu da London klubuna getməyə razıdır.

Onun Fransa təmsilçisi ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Kimpembe bu sezon 41 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.