Azərbaycan Qran-prisində ilk günə yekun vurulub



 

"Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.

SeherXeber.org -ın  məlumatına görə, "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də sərbəst yürüş və sıralama turu gerçəkləşib.

"Formula 1"də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər.

"Formula 2"də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.