Cümhuriyyət qurucularının məzarlarını ziyarətlə bağlı - Təklif



 

 

Deputat Zahid Oruc spikerin Oqtay Əsədovun Cümhuriyytin 100 illiyi ilə bağlı Fransaya nümayəndə heyəti ilə birgə səfər etməsi təklifini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, o Milli Məclisdə çıxışında qeyd edib ki, bu, onun öz istəyidir: “ Yaxşı olardı ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı Fransaya rəsmi səfər edərdiniz və orada Cümhuriyyət qurucularının məzarları ziyarət edərdiniz. Bu həmin quruculara parlament adından  böyük ehtiram nümunəsi olardı”. 

O, həmçinin Bakıda aparılan tikinti, abadlıq işləri ilə bağlı təkliflərini də səsləndirib: “ Paytaxta evlərin söküntüsü zamanı xeyli problemlər yaşanır.  Narazılıqlar ortaya çıxır. Ona görə də bu işi kompleks şəkildə həyata keçirmək üçün qanun layihəsi hazırlayıb qəbul edək”.

Spiker Oqtay Əsədov isə təkliflə bağlı deyib ki, hər işi parlamentin üzərinə atmaq olmaz: “ Bunu Zahid Oruc deyir deyə demirəm. Parlamentin özünün görəcəyi çoxlu işlər var. Hər şeyi parlamentdən gözləmək olmaz. Bu məsələnin həlli üçün cavabdeh məsul qurumlar, o cümlədən Nazirlər Kabineti var”.

Günel Türksoy