Aclar ölkəsində maaş artımı



 

AzTV- baxırsan cənnətdir Azərbaycanreallığa baxırsan cəhənnəm

Bu gün Azərbaycanda çoxlarını düşündürən əsas məsələlərdən biri odur ki, ölkəmizdə maaş qiymət artımı arasındakı disbalans haradan yaranır? Artıq illərdir, bu məsələ müzakirə olunur, amma heç bir nəticəsi yoxdur. Dövlət rəsmiləri iddia edir ki, son maaş artımı insanların rifahının yüksəlişi baxımından çox böyük addımdır (yadınıza gəlir , Brejnev əkə deyirdi "şiraho şahayet Azərbayca" bu "böyük addım" məsələsi , deyəsən elə oradan gəlir, sadəcə tərcümə ediblər). Amma reallıq tam əksini deyir. Son bir neçə ildə həyatımızın bütün sahələrində ciddi qiymət artımları baş verib. Maaş pensiyaların artımında isə bunu demək çətindir. Çünki pensiya maaşlara olan cüzi artımı, "qiymət artımı" udur fakt olaraq insanların əlinə heç çatmır, əlləri boş qalır.

Dövlət Statistika Komitəsinin hesabatlarına baxdıqda isə çox maraqlı, maraqlı olduqca da müəmmalı məsələlər ortaya çıxır. Məsələn, DSK iddia edir ki, 2022-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri 20 milyard 463,2 milyon manat ya hər nəfərə orta hesabla 2035,5 manat təşkil edib. Bu da o deməkdir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ildə əhalinin gəlirləri 19, 5 faiz artıb. Əslində isə bütün bünlar, sadəcə olaraq statistik rəqəmlərdir insanların həyat səviyyəsinə heç bir aidiyyəti yoxdur. Çünki Azərbaycanda tətbiq olunan əmək haqqı sisteminin özü kökundən qüsurludur. Məsələn, dövlət qulluğunda çalışınların büdcədən maliyyələşən təşkilatların yalnız bəzilərinin əmək haqları birbaşa dövlət başçısının sərəncamı ilə reallaşır. Bu da o deməkdir ki, prezidentin əmək haqlarının artırılması haqqında sərəncamı, heç bütün çalışanlara şami olunmur. Yəni elə dövlət qurumları təşkilatlar var ki, təsərrüfat hesabı ilə fəaliyyət göstərirlər, bu qurumlarda əmək haqlarının artırılması üçün Nazirlər Kabineti, yaxud qurumun rəhbəri qərar qəbul etməlidir. Yəni təsərrüfat hesablı müəssisələrdə çalışanların əmək haqlarının artırılması, həmin qurum rəhbərinin insafından asılıdır. Özəl müəssisələrdə isə ümumiyyətlə əmək haqqı sahibkarın özünün ixtiyarındadır. Burada bir maraqlı məsələyə diqqət edin. "Azərişıq", Azəriqaz", Azərsu", avtonəqliyyat müəssisələri s. qurumlar ödəniş, rüsum, cərimə s. məsələləri Tarif Şurasının qərarı ilə həyata keçirir ölkə əhalisinin pəpə deyənindən, məmə yeyəninə qədər hamıya şamil olunur. Eyni zamanda, məhz bu qərardan sonra hər yerdə qiymətlər artır. Amma dövlət sektorunda çalışan büdcədən maliyyələşən bəzi qurumların əməkdaşlarından başqa heç kimin maaşı prezident sərəncamı ilə artmır, onların taleyi sahibkarın insafına buraxılır. Elə təsərrüfat hesablı müəssisə var ki, gəliri çoxdur işçilərinə normal maaş vermək imkanı var. Elə müəssisələr var ki, onların mövcudluğu vacib olsa da, gəlirləri çox aşağıdır onlar illərdir ki, minimum əmək haqqına işləyirlər. Statistika isə sübüt etməyə çalışır ki, ölkə əhalisinin nominal gəlirləri ildən-ilə yüksəlirsə, bu əhalinin rifahının yüksəlməsi kimi qəbul olunmalıdır. Amma başqa rəqəmlərə müraciət etmək, onların təhlilinə lüzum görmür.

Bununla belə,  artıq iqtisadçı ekspertlər , bu fikirdədirlər ki, mövcud bazar qiymətləri ilə normal yaşamaq üçün hər bir işləyən Azərbaycan vətəndaşının aylıq gəliri 2-3 min manat olmalıdır. Azərbaycanda isə bu səviyyədə gəliri olan işləyən insanların sayı maksimum 10-15 faizdir. Qalan əhali isə minimum əmək haqqına, yaxud da ondan bir qədər yüksək-400-500-600 manata işləyir. DSK isə bütün bu rəqəmləri toplayır, vurur, bölür belə bir rəqəm ortaya çıxarırı ki, əhalinin nominal gəliri 2 min manatı keçib. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda orta təbəqə olmadığından əhalinin 10-15 faizini varlılar, qalan hissəsini isə kasıblar təşkil edir. Bu da elə həmin Statistika Komitəsinin hesabatıdır ki, Azərbaycanda ümumiyyətlə yoxsulla yoxdur, işsizlərin sayı isə minimumdan da aşağı səviyyədədir. Onda sual olunur, üçün ölkəmizdə işi olan, işləyən insanlar da kasıb yaşayırlar? Çünki, bu məmləkətdə işçinin əməyinə görə verilməli olan dəyəri , məmur, yaxud sahibkar mənimsəyir. Buna isə dövlətin heç bir nəzarəti yoxdur. Dövlət heç bir sahibkardan soruşmur ki, sən üçün insanları cüzi əmək haqqı ilə 10-12 saat istismar edirsən? Bunu deyəndə isə iddia edirlər ki, bu qarşılıqlı müqavilə ilə tənzimlənir işçi bu şərtləri qəbul edib. Bəs əmək qanunvericiliyi, sahibkar ona məhəl qoymaya bilərmi? Bunu yoxlamaq dövlət qurumlarının vəzifəsi deyilmi? Azərbaycan Respublikasının Əmək qanunvericiliyində, 8 saatlıq günü 5 günlük həftəsi nəzərdə tutulub. Amma sahibkarlar minimum əmək haqqı ödədiyi işçiləri gündə 10-12 saat, həftədə 6, hətta 7 gün işləməyə məcbur edir. Bunun qarşısını kim almalıdır? Digər bir məsələ, Azərbaycanda bir çox müəssisələr növbəli rejimində, yaxud istehsalatın tələbinə uyğun olaraq gecə növbəsində fəaliyyət göstərir. Amma işçilərə gecə növbəsində, yaxud işdən əlavə çalışdıqları saatlara görə əmək haqqı ödənilmir. Tələb etdikdə isə bu cavabı eşidirlər "xoşun gəlmir, çıx get". Azərbaycanda tapmaq böyük problem olduğundan işçilər sahibkarın "çaldığı havaya oynamaq" məcburiyyətində qalırlar.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə sanki bütün bu qanunsuzluqları görmür. Yaxud da, bütün bunların ona aidiyyəti olmadığı kimi davranır. Görünür, bu nazirliyin əsas vəzifəsi pensiyaçıların pensiyaların bacardıqları qədər azaltmaqla, öz büdcə pullarını artırmaqdır.

Bu gün dövlət bütün bu məsələləri elə tənzimləməlidir ki, ölkədə baş verə biləcək sosial narazılıqların qarşısını ala bilsin. Eyni zamanda dövlət ölkədə elə bir mühit yaratmalıdır ki, burada normal orta təbəqə yaransın. Əgər ölkəmizdə orta səviyyədə yaşayanların sayı bir qədər artsa, o zaman biz insanların sosial rifahından danışa bilərik. İndiki halda isə Azərbaycan əhalinin rifah halına görə, Afrika ölkələrindən belə, fərqlənmir. Çünki YAPkratiyanın tərənnüm etdiyi Azərbaycanla, real Azərbaycan arasında çox böyük fərq, uçurum var.

 Yaşlı vətəndaşlar demişkən: "AzTV- baxırsan cənnətdir Azərbaycan, reallığa baxırsan cəhənnəm!"

 Yusif Seyid