SEPAH-ın polkovniki Tehranda güllələndi



 

SeherXeber.org xəbər verir ki, SEPAH-ın yayımladığı məlumata görə, hərəm müdafiəçisi olan H.S. Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın "Mücahidine İslam" küçəsində öldürülüb.

Məlumatda həmçinin qeyd olunub ki, terror edilən H.S. Xodayi həmçinin Suriyada döyüşüb. Onun İran inqilabına zidd terror qruplaşması tərəfindən qətlə yetirildiyi bildirilib.