Rusiya Paşinyanı niyə sıxışdırır? - V yazı



 

 

Siracəddin Hacı yazır...

Dörd yazımda Rusiya Paşinyanı niyə sıxışdırır sualına cavab verdim. Bu yazıda isə Rusiyanın Paşinyanı necə sıxışdırdığını göstərməyə çalışacağam:
- Putin Paşinyanı Moskvaya çağırır – Brüssel görüşündən sonra bu addımı atdı. Onu qorxudur, açıqca deyir ki, Qarabağ məsələsini Rusiyanın monopoliyasından çıxarmağa çalışma, bunun nəticələri ağır olar. Onun təzyiqləri təsirini göstərir. Paşinyan öncəki mövqeyindən bir az geri çəkildi, məsələni uzatmağa, zamana yaymağa çalışır. Ancaq Paşinyan yoluna davam edəcək, bunun üç səbəbi var: 1) mövqeyi güclüdür, onu xalq seçib, Rusiyanın onu seçki yolu ilə dəyişdirmək imkanı yoxdur, arxasında xalqın, Avropanın, Amerikanın dəstəyi var; 2) Paşinyan hakimiyyətinin davamı Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamağa bağlıdır; 3) Rusiyanın mövqeyi gündən-günə zəifləyir, bunun səbəbi Ukraynanı işğal etmək cəhdidir;
- Rusiya Ermənistandakı güclərini hərəkətə keçirir;
- Ermənistan Parlamentindəki müxalif deputatlar iclaslarda iştirak etmirlər;
- Rusiyaya bağlı qüvvələr fasiləsiz mitinqlər təşkil edirlər. Ancaq bu mitinqlər ciddi nəticələr vermir, səbəblər bunlardır: 1) mitinqi təşkil edən liderlər eyni adamlardır, erməni xalqı onları yalançı, talançı, rüşvətxor adamlar kimi tanıyır; 2) mitinqdə söyüşdən, nifrətdən başqa bir şey yoxdur – erməni xalqına inandırıcı çıxış yolu göstərə bilmirlər; 3) onlar erməni xalqına savaş təklif edirlər, xalq isə savaş istəmir; 4) Ermənistanın və Arsaxın xilasa ehtiyacı var deyirlər, xalq isə Ermənistanın xilasa deyil, inkişafa ehtiyacı olduğuna inanır; 5) erməni xalqı mitinqlərin sabitliyi pozacağını düşünür; 6) mitinqləri təşkil edənlərin arxasında Rusiyanın olduğunu bilir – bizim inkişaf istiqamətimiz Avropaya doğrudur deyir; 7) xalq məsələlərin barış yolu ilə həllini istəyir; 8) erməni xalqı (çoxluq) Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq siyasətini doğru hesab edir;
- xalqı üsyana çağırırlar;
- Paşinyana “türk”, “Türkiyə casusu”, “satqın” deyir, gözdən salırlar;
- mitinqlərin əsas şüarları bunlardır: “Türkiyəsiz Ermənistan”, “Nikol xaindir”, “türklər gəlib erməniləri kölələşdirəcək”;
- rus təbliğat maşını Paşinyanı ələ salır;
- Paşinyanın istefasını tələb edirlər;
- Türkiyə ilə qorxudurlar, deyirlər ki, türklər erməniləri öldürəcək;
- deyirlər ki, Paşinyan Arsaxı satdı;
- iddia edirlər ki, Arsax müstəqil dövlət olacaq;
- deyirlər ki, Hadrutu və Şuşanı geri qaytaracağıq;
- Rusiya Paşinyana təzyiq göstərmək üçün tam nəzarətində olan Qarabağı/Arsaxı fəallaşdırır – bu yolla həm də Azərbaycanı sıxışdırır;
- Qarabağ erməniləri ilə Paşinyanın münasibətlərini gərginləşdirir;
- onlar deyirlər ki, biz Paşinyana inanmırıq;
- Rusiya vətəndaşı olmaq istəyirik;
- açıq bəyan edirlər ki, Arsaxın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirəcəyik;
- atəşkəsi pozurlar;
- ordumuz var deyirlər;
- Rusiya Qarabağda kilsələr tikir, məktəblər açır;
- Arutunyan tez-tez Qarabağın rus icması ilə görüşür;
- şagirdlər Rusiyada çap olunan dərsliklərdən istifadə edirlər;
- Arsaxın milli günlərini qeyd edirlər;
- Xocalıda 9 May Qələbə günü hərbi parad təşkil olunur;
- Qarabağ erməniləri Ukraynaya qarşı çıxırlar;
- Rusiya Qarabağda dövlət strukturları formalaşdırır;
- Qarabağ erməniləri bəyan edirlər ki, əsla Azərbaycana tabe olmayacağıq;
- Arutunyan Rusiyadan, Ermənistandan, Fransadan siyasi kimliyi olan şəxsləri Xankəndinə dəvət edir, onlarla görüşür, siyasi bəyanatlar verir;
- səngərlər qazır, Azərbaycanla savaşacağıq havası yaradırlar;
Ardı var...

SeherXeber.org