Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb



 

SeherXeber.org xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 7 nəfər itkin düşüb.

Məlumata əsasən, ümumilikdə Assam əyalətinin 29 dairəsində 700 min sakin təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə getmək mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə təxliyə edilir.