SeherXeber.org xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Rusiya faktiki olaraq bütün resurslarını bizi məhv etməyə yönəldib. Qiymətlərin artımı, gəlirlərin ucuzlaşması, Rusiyada 2000-ci illərdən bəri yaradılmış bütün iqtisadi potensialın məhv edilməsi - bunlar hələ də işğalçıları dayandıra bilməyib. Amma nəhəng xərclər hələ də onlara kömək etmir, kömək etməyəcək də”, - dövlət başçısı bildirib.
Zelenski həmçinin qeyd edib ki, Donbasda vəziyyət çox mürəkkəbdir. Rusiya hərbçiləri Slavyansk və Severodonetskə hücum etməyə çalışırlar.