Ərdoğandan Anderssona: "İsveçin PKK/YPG-yə verdiyi dəstəyə son qoyulmalıdır"



 

SeherXeber.org xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələr və İsveçin NATO-ya üzvlük məsələləri müzakirə edilib.

Bütün dünyanın nəticələrini yaxından izlədiyi telefon danışığı zamanı Ərdoğan Türkiyənin NATO-nun "Açıq qapı" siyasətinə bu günə qədər həmişə tam dəstək verdiyini bildirərək ittifaq daxilində həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından həmrəyliyin mühüm dəyər olduğuna diqqəti çəkib.

Ərdoğan vurğulayıb ki, PKK/YPG/PYD kimi terror təşkilatlarına, eləcə də onların üzvlərinə siyasi, maliyyə və silah dəstəyinə son qoyulmalıdır.