Bəhram Bağırzadə qalmaqallı videosuna görə üzr istədi - VİDEO



 

SeherXeber.org ın məlumatına görə, B.Bağırzadə videoda əks olunan şəxsdən kamera qarşısında üzr istəyib. O, eyni zamanda baş vermiş anlaşılmazlığı şərh də edib. Bildirib ki, baş verənlərə görə iki gecədir özünə gələ bilmir:

“Narahatlıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq”.

Qeyd edək ki, aktyorun daha əvvəl çəkdiyi videoda yer alan şəxs də onun yanında olub.