Hərbi paradın məşqi zamanı tribuna uçdu



 

Londonda Böyük Britaniya kraliçası II Elizabetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi üçün keçirilən hərbi paradın məşqi zamanı tamaşaçı tribunası uçub.

SeherXeber.org xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Qeyd olunur ki, üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.