“Moldova NATO standartlarına uyğun silahlanmalıdır” - Liz Trass



 

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, Moldovanın Rusiyanın potensial hücumuna davam gətirə bilməsi üçün NATO standartlarına uyğun silahlanması lazımdır.

SeherXeber.org xəbər verir ki, XİN rəhbəri Britaniya və müttəfiqlərinin artıq kiçik dövlətlərə, xüsusən də Moldovaya Rusiyadan gələn hərbi təhlükədən qorunmağa necə kömək etməyin yollarını müzakirə edildiyini bildirib.

“Mən Moldovanın NATO standartlarına uyğun silahlanmasını istərdim. Biz indi bunu müttəfiqlərlə müzakirə edirik”, - deyə Britaniyanın xarici işlər naziri bildirib.

O, Rusiyanın Moldovanın təhlükəsizliyinə təhdid yaratdığını qeyd edib.

“Putin Rusiyanın ərazisini genişləndirmək ambisiyalarını açıq şəkildə bəyan edib. Onun Kiyevi ələ keçirmək cəhdlərinin uğursuz olması onun bu ambisiyalarından əl çəkməsi demək deyil”, - XİN rəhbəri əlavə edib.