“Onları məhkəməyə verəcəyəm”- Xudayarın anası dələduzlara qarşı



 

"Oğlumun adından "Tik-Tok", “İnstagram” səhifələri açılır, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar”.

SeherXeber.org xəbər verir ki, bu sözləri yenisabah.az-a şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib. O qeyd edib ki, dəfələrlə Xudayarın adından bu cür səhifələr açılıb.

Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini deyib:

“Bu gün şənbə günüdür deyə getməmişəm, amma ən qısa zamanda polisə şikayət edəcəyəm. Bu barədə bir dəfə də şikayət etmişdim, gec həll etmişdilər. Bu dəfə də edəcəyəm. Şənbə, bazar ziyarətçilərimiz çox olur, başım qarışır. Amma bu məsələ ilə bağlı mütləq polisə şikayət edib, onları məhkəməyə verəcəyəm. Qoy, bu işlə polis orqanlarımız özləri məşğul olsun”.