"Ağzını yaxala, sənə hörmət etmirəm" - Rişarlison



 

"Everton"un hücumçusu Rişarlison de Andrade "Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karragerin tənqidlərinə cavab verib.

SeherXeber.org -ın məlumatına görə, 24 yaşlı braziliyalı forvard şəxsi "Twitter" hesabında belə yazıb:

"Karrager, məndən və "Everton"dan danışmamışdan əvvəl ağzını yaxala. Mən sənə hörmət etmirəm".

Bu mövsüm "Everton" formasıyla 30 oyuna çıxan Rişarlison 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liverpul klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Bu mövsüm "Everton"un İngiltərə Premyer Liqası ilə vidalaşmayacağı dəqiqləşib. Frenk Lempardın çalışdırdığı kollektiv "Kristal Pelas"ı 3:2 hesabı ilə yenərək sona bir tur qalmış elitadakı yerini qoruyub.