Azərbaycana gətirilən buğdanın dəyəri artıb - MƏBLƏĞ



 

Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 308,043 min ton buğda idxal edib.

SeherXeber.org xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan buğdanın həcmində isə 15,7% azalma müşahidə olunub. 

Sözügedən dövrə idxal olunan buğdanın statistik dəyəri 105,270 mln ABŞ dolları olub ki, bu da illik müqayisədə 13,2% çoxdur.

Ötən ilin ilk dörd ayında buğda idxalının ümumi idxalda payı 2,64% olduğu halda, bu ilin eyni dövründə bu nisbət 2,61%-ə böərabər olub.

Könül
SeherXeber.org