Bu gün Avropa Liqasının final matçı var



 

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

SeherXeber.org ” xəbər verir ki, final matçında Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gələcək.

Həlledici matç İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

Final

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.