Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb



 

Almaniya "Hoffenhaym"ı baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

SeherXeber.org xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Sebastyan Höness "Bavariya" klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.