Ceyhun Bayramov İrana səfər edəcək



 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

Bu barədə SeherXeber.org a xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.