Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün vaxtını açıqladı



 

Almaniya Bundestaqında Xristian Sosial Birliyinin (CSU) torpaq qrupunun rəhbəri Aleksandr Dobrindt Ukraynaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsinin lehinə çıxsa da, lakin prosesin uzun davam edə biləcəyini də istisna etməyib.

 “SeherXeber.org ” xəbər verir ki, bu barədə Aleksandr Dobrindt “Augsburger Allgemeine” qəzetinə açıqlamasında deyib.

“Əgər Ukrayna Aİ üzvlüyünə namizəd statusu almaq istəyirsə, biz bunu dəstəkləyirik”, - deyə o bildirib. Bununla belə siyasətçi qeyd edib ki, Aİ-də ölkələrin qəbulu ilə bağlı sürətləndirilmiş prosedur yoxdur, çünki proses “illərlə və hətta onillərlə uzana bilər”.

Dobrindt əlavə edib ki, Aİ-yə üzv olmaq üçün ölkədə fundamental struktur dəyişikliklərinə ehtiyac var. 

 Mürtəza
SeherXeber.org