Paşinyanın heykəlinin başı 4-cü dəfə kəsildi



 

Ermənistanın İcevan şəhərində baş nazir Nikol Paşinyanın gəzintiyə çıxan heykəlinin başı dördüncü dəfə kəsilib, sonra üzərinə qırmızı boya tökülüb.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Xatırladaq ki, bundan əvvəl Paşinyanın abidəsi İcevan-Noyemberyan avtomobil yolunun hissəsində qoyulmuşdu. Abidə orada üç dəfə zədələndikdən sonra İcevan kilsəsinin həyətinə köçürülüb. Və burada heykəl dördüncü dəfə “şikəst edilib””-  Hraparak yazır.

Mürtəza
SeherXeber.org